10 Noyabr 2022, 15:40
Ərdoğan Özbəkistanda səfərdədir-YENİLƏNİB

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının Səmərqənddə keçirilən Zirvə Toplantısında iştirak etmək üçün bu ölkəyə səfər edən Türkiyə Prezidenti Səmərqəndə çatıb.
"Operativ Media" xəbər verir ki, Prezident Ərdoğanı Səmərqənd beynəlxalq hava limanında Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmilər qarşılayıb.
***
11:15
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana yola düşüb.
"Operativ Media" xəbər verir ki, Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin liderlərinin Zirvə Görüşündə iştirak etmək üçün Səmərqəndə gedib.
Qeyd edək ki, TDT liderlərinin Zirvə Görüşü sabah keçiriləcək.