http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AQTA və "Rosselxoznadzor" sədrləri arasında telefon danışığı olub

09 Avqust 2023 , 18:55
AQTA və "Rosselxoznadzor" sədrləri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında görüş olub.

Agentlikdən "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı iki qurum arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq və Rusiya Federasiyasından ölkəmizə ixrac olunan yüksək riskli qida məhsullarını istehsal edən müəssisələrin qeydiyyatı və təsdiqi məsələləri müzakirə olunub. Rusiya Federasiyası istehsalçılarının qeydiyyata alınması prosesinin beynəlxalq standartlara uyğun aparıldığı vurğulanıb və prosesin gedişindən məmnunluq ifadə edilib. Həmçinin Agentlik tərəfindən Rusiya Federasiyasından idxal olunan “Bryanskiy Broyler” MMC-nin istehsalı olan dondurulmuş toyuq filesi məhsulunda aşkarlanan uyğunsuzluqla bağlı qoyulan müvəqqəti qadağanın aradan qaldırıldığı vurğulanıb. Eyni zamanda “RESURS-YUQ” MMC-nin istehsalı olan toyuq məhsulunda aşkarlanan uyğunsuzluqla bağlı qoyulan müvəqqəti qadağanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görüldüyü önə çəkilib.

AQTA sədri "Rosselxoznadzor"un rəhbəri tərəfindən bu ilin oktyabr ayında Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində iki ölkənin müvafiq qurumları arasında bitki və heyvan sağlamlığı ilə bağlı keçirilməsi planlaşdırılan tədbirə dəvət olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
Avropa Parlamentinin komitə üzvü qurumun Azərbaycana qarşı qərəzli mövqeyini pisləyib

Avropa Parlamentinin komitə üzvü qurumun Azərbaycana qarşı qərəzli mövqeyini pisləyib

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Dövlət katibi: Birləşmiş Ştatlar Rusiyanın BMT Nizamnaməsi əsasında Ukrayna üzrə danışıqlara razı olacağına ümid edir

Dövlət katibi: Birləşmiş Ştatlar Rusiyanın BMT Nizamnaməsi əsasında Ukrayna üzrə danışıqlara razı olacağına ümid edir

XƏBƏR LENTİ
  • 19:00

    Avropa Parlamentinin komitə üzvü qurumun Azərbaycana qarşı qərəzli mövqeyini pisləyib
  • 18:21

    Azərbaycan millisinin Albaniya ilə matçının vaxtı açıqlandı
  • 18:04

    Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
  • 17:54

    Dövlət katibi: Birləşmiş Ştatlar Rusiyanın BMT Nizamnaməsi əsasında Ukrayna üzrə danışıqlara razı olacağına ümid edir
  • 17:52

    Blinken: NATO-nun heç vaxt Rusiyaya qarşı planları olmayıb
  • 17:49

    Xəzər dənizinin adalarından niyə turizm məqsədilə istifadə edə bilmirik?
  • 17:48

    Borrell: Bir neçə Aİ ölkəsi Fələstin dövlətini tanıya bilər
    Borrell: Bir neçə Aİ ölkəsi Fələstin dövlətini tanıya bilər
  • 17:46

    “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin CV turu başlanır
Menyu