Menyu

Azərbaycanlı həkim təyyarədə halı pisləşən azyaşlının həyatını xilas edib

Redaksiya
Azərbaycanlı həkim təyyarədə halı pisləşən azyaşlının həyatını xilas edib

İkinci MDB Oyunları üçün Belarusa yola düşən muay-tay üzrə Azərbaycan milli komandasının həkimi Dilbər Səfərova “Belaviya” hava gəmisində halı pisləşən azyaşlı belarusluya ilkin tibbi yardım göstərərək həyatını xilas edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Sərnişinlər arasında yeganə tibb işçisi olan Dilbər Səfərova tibbi yardımdan sonra uşağın vəziyyətinin stabil olduğunu bildirib: “Qıc olmuş körpəni tutdum və ilkin tibbi yardım göstərdim, hərarətini aşağı salmaq üçün ona iynə vurdum”.

Azərbaycanlı həkim həyatı göstərişlə bağlı məcburi eniş edən təyyarədən uşağı endirərək onları gözləyən təcili tibbi yardım əməkdaşlarına təhvil verdikdən sonra təyyarəyə - komandasının yanına qayıdıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər