Menyu

Ərdoğan Gürcüstana başsağlığı verib

Nərmin Qocamanlı
Ərdoğan Gürcüstana başsağlığı verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şovi kurortunda baş vermiş faciə ilə əlaqədar Gürcüstana başsağlığı verib.

"Operativ Media" xəbər verir ki, başsağlığı mətnində deyilir:

“Gürcüstanda torpaq sürüşməsi nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə məlumatı böyük kədər hissi ilə aldım, dost və qonşu gürcü xalqına xalqım adından və şəxsən öz adımdan başsağlığı verirəm".

Qeyd edək kic Şovidə axtarış-xilasetmə işləri onuncu gündür ki, davam edir. On yerdə canlı qüvvə və xüsusi texnika işləyir. Bu vaxta qədər 24 nəfərin cəsədləri tapılıb, daha 9 nəfər itkin düşmüş hesab olunur.

Teqlər:

"Ərdoğan Gürcüstana başsağlığı verib"

Əlaqəli Xəbərlər