Polşa Belarus sərhədindəki divarın sökülməsi məsələsini referenduma çıxaracaq
Nərmin Qocamanlı
Belarusla sərhəddə divarın sökülməsi məsələsi Polşada referenduma çıxarılacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib.
"Sərhəd səddinin götürülməsinin tərəfdarısınızmı? Sərhədimizin bundan sreonra da qorunub-saxlanmayacağına və təhlükəsiz olacağına siz qərar verəcəksiniz", - deyə o, X-də yazıb.
Qeyd edək ki, referendumun oktyabrın 15-də parlament seçkiləri ilə eyni vaxtda keçirilməsi planlaşdırılır.