http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Qərbi Azərbaycan İcması Fransanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb

16 Avqust 2023 , 10:25
Qərbi Azərbaycan İcması Fransanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb

Fransanın xarici işlər nazirliyinin bu ölkənin xarici işlər naziri Katrin Kolonnanın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla 15.08.2023 tarixli telefon danışığının məzmununa dair yaydığı məlumat Fransanın beynəlxalq hüququn norma və prinsiplərinə və insan haqlarına hörmətsizliyinin və Azərbaycanofob siyasətinin növbəti bir sübutudur.

"Operativ Media" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Ermənistanın bir milyondan artıq azərbaycanlını öz yurd-yuvasından qovmasına, 20 mindən artıq mülki azərbaycanlını qətl etməsinə, Azərbaycan ərazisinin 20%-ni işğal edib oradakı 900-ə yaxın yaşayış məskənini viran etməsinə, milyondan artıq mina döşəyərək oraları yaşanmaz hala gətirməsinə göz yuman Fransa, indi qəflətən özünü humanitar dəyərlərə tərəf kimi qələmə verməyə çalışır.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı dəstələri oradakı mülki əhalini girov götürərək, Ağdamdan gedən yolu bağlaması və Ermənistana birbaşa, nəzarətsiz yol tələb etməsi şantaj, quldurluq və terrorçuluqdan başqa bir şey deyil.

Fransanın Ermənistanın bu tələbini dəstəkləməsi beynəlxalq hüquqa və insan haqlarına böyük təhqirdir.


Biz Fransanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd siyasətini və Azərbaycanın daxili işlərinə qarışmağı dayandırmağa və əsl insan haqları məsələsi olan Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnu dəstəkləməyə çağırırıq.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq

Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq

Ərdoğan və Şahbaz Şərif arasında görüş olub

Ərdoğan və Şahbaz Şərif arasında görüş olub

Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • 13:14

    Son sutkada Qəzzada 28 nəfər həlak olub
  • 12:59

    Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb
  • 12:38

    Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib
  • 12:36

    Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
  • 12:28

    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
  • 12:16

    DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • 12:11

    İlqar Musayev: “Son iki ayda COP29 ilə bağlı saxta xəbərlər yayan 15 resurs bağlanıb"
  • 12:07

    Avropa Çempionatı Moldovada keçiriləcək
Menyu