http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

38 ölkədəki Azərbaycan diaspor təşkilatı Cənubi Qafqazla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

16 Avqust 2023 , 19:10
38 ölkədəki Azərbaycan diaspor təşkilatı Cənubi Qafqazla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Xarici ölkələrdə fəaliyyət göstərən 15 Koordinasiya Şurası və 38 ölkədəki Azərbaycan diaspor təşkilatı Cənubi Qafqaz bölgəsində yaranmış vəziyyət və Azərbaycanın sülh səylərinin dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

"Operativ Media" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatına (BMT) və digər beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycanla Ermənistan arasında 2020-ci ildə baş vermiş müharibədən sonrakı vəziyyətlə bağlı qalmış aktual problemlərə diqqət cəlb edilib.

Nəzərə çatdırılıb ki, Errmənistanda revanşist əhval-ruhiyyəli qüvvələr və dünyadakı erməni diasporu bölgədə dayanıqlı sülhə nail olmaq məsələsini çətinləşdirir.

Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında dəhşətli dağıntılar və ekoloji terror törətdiyini, Ermənistan silahlı qüvvələri tərəfindən döşənmiş minalar nəticəsində indiyədək Azərbaycanın 300-dən çox günahsız mülki vətəndaşının və hərbçisinin öldüyünü və yaralandığını bir daha xatırladan diaspor təşkilatları bəyan ediblər ki, erməni tərəfinin əsassız iddialarına baxmayaraq, Qarabağla bütün kommunikasiya yolları açıqdır.

Azərbaycanın yeganə tələbinin öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumaq olduğu və bu tələbin beynəlxalq hüquq normalarına tam uyğun gəldiyi, Qarabağ bölgəsində irimiqyaslı bərpa-yenidənqurma işləri aparan ölkəmizin münaqişədə və yeni iğtişaşlarda maraqlı olmadığı diqqətə çatdırılıb.

“Biz sülhü çox istəyirik – bu, bizim sarsılmaz mövqeyimiz olaraq qalmaqdadır”.

Diaspor təşkilatları beynəlxalq ictimaiyyəti iki ölkə arasında münasibətlərin gərginləşdirilməsinə deyil, konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıb. “Yalnız anlaşma, əməkdaşlıq və qarşılıqlı hörmət sayəsində regionumuzun çox ehtiyac duyduğu dayanıqlı sülhə nail olacağımıza ümid edə bilərik”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq

Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq

Ərdoğan və Şahbaz Şərif arasında görüş olub

Ərdoğan və Şahbaz Şərif arasında görüş olub

Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • 13:14

    Son sutkada Qəzzada 28 nəfər həlak olub
  • 12:59

    Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb
  • 12:38

    Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib
  • 12:36

    Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
  • 12:28

    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
  • 12:16

    DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • 12:11

    İlqar Musayev: “Son iki ayda COP29 ilə bağlı saxta xəbərlər yayan 15 resurs bağlanıb"
  • 12:07

    Avropa Çempionatı Moldovada keçiriləcək
Menyu