Menyu

Lavrov-Mirzoyan görüşü: "Qarabağda vəziyyətin təcili həllə ehtiyacı var" (YENİLƏNİB)

Lavrov-Mirzoyan görüşü: "Qarabağda vəziyyətin təcili həllə ehtiyacı var" (YENİLƏNİB)

"Qarabağdakı kritik "humanitar vəziyyət"in Moskva, İrəvan və Bakının üçtərəfli bəyanatlarının həyata keçirilməsi ilə həlli vacibdir". 

"Operativ Media" Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla telefon danışığında deyib.

"Xarici siyasət qurumlarının rəhbərləri Qarabağla bağlı işlərin hazırkı vəziyyətini və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər", - nazirlikdən bildiriblər. 

“Lavrov 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan tərəfindən yüksək səviyyəli üçtərəfli bəyanatlar toplusunun həyata keçirilməsi üzrə görülən işləri, o cümlədən Qarabağdakı kritik "humanitar vəziyyət"in tezliklə həllinin prioritet vəzifə olduğunu qeyd edib”, - bəyanatda deyilir.

Bundan əlavə, bölgədə qarşılıqlı addımların əlaqələndirilməsinin vacib olduğu vurğulanıb. 

Rusiya XİN qeyd edib ki, bu istiqamətdə BMT Təhlükəsizlik Şurasında müzakirə edilən Qarabağ problemi ilə bağlı debatların perspektivləri var.

Telefon danışığı zamanı diplomatlar ikitərəfli gündəliyin bəzi məsələləri, o cümlədən müxtəlif səviyyələrdə qarşıda duran qarşılıqlı fəaliyyətə də toxunub.

*** 19:45

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

“Operativ Media” xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycanın Qarabağ iqtisadi rayonu ətrafındakı vəziyyət, o cümlədən nəqliyyat vasitələrinin Laçın dəhlizi ilə maneəsiz hərəkətinin təmin edilməsi məsələləri müzakirə olunub.

Teqlər:

"Lavrov-Mirzoyan görüşü: \"Qarabağda vəziyyətin təcili həllə ehtiyacı var\" (YENİLƏNİB)"

Əlaqəli Xəbərlər