Menyu

BMT-də Qarabağdakı vəziyyət müzakirə olunur

BMT-də Qarabağdakı vəziyyət müzakirə olunur

BMT Təhlükəsizlik Şurasının iclası keçirilir. İclasda Qarabağdakı vəziyyət müzakirə olunur. 

"Operativ Media" xəbər verir ki, iclas Ermənistanın müraciəti əsasında baş tutub.

Bu dəqiqəyə qədər Braziliya, Qana, Albaniya və Çin rəsmiləri çıxış ediblər. Albaniya və Braziliya təmsilçiləri Laçın dəhlizi ilə yanaşı, alternativ yolların da, o cümlədən Ağdam-Xankəndi yolunun da humanitar vəziyyətin düzəlməsində istifadə edilə biləcəyini dilə gətirib.  

Qeyd edək ki, avqust ayında BMT Təhlükəsizlik Şurasına Amerika Birləşmiş Ştatları sədrlik edir və iş proqramını Vaşinqton tərtib edir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər