http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Dəyişən və ya dəyişdirilən bəyanatlar, tapmaca oyunu - TƏHLİL

17 Avqust 2023 , 13:36
Dəyişən və ya dəyişdirilən bəyanatlar, tapmaca oyunu - TƏHLİL

2020-c il Vətən Müharibəsindən sonra 3 tərəfli bəyanat və bunun əsasında aparılan işlər ona istiqamətlənmişdi ki, Azərbaycanın ərazi bötüvlüyü təmin olunacaq. Azərbaycan ərazisində məskunlaşan və ya məskunlaşdırılan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidir, ya da Azərbaycan ərazisindən getməlidir. İstəsələr Laçın vasitəsilə, istərsə də Ağdamdan keçməklə. Yollar açıqdır, yəni onlara gələcək talehləri ilə bağlı seçim yolu verilib.

2020-ci ildən 3 il keçib. Keçən zaman onu göstərdi ki, zamanla Azərbaycan höküməti ərazi bötüvlüyü və ərazi təhlükəsizliyi baxımından işlər görüb. Onun nəticəsidir ki, 1-ci Qarabağ Müharibəsi nəticəsində doğma evlərindən, rayonlarından didərgin düşmüş azərbaycanlılar yurdlarına qayıdır. Qarabağdakı ermənilər onları üzük qaşı kimi əhatəyə alan azərbaycanlıların əhatəsində yaşamalı ya da bağlamalarını əlinə alıb bayaq dediyim yollardan keçib getməklə Ermənistana gedə bilərlər. Qalmaq məsələsi isə sülh müqaviləsi ilə tam həllini tapacaq. Ancaq indi tapmacalar ortaya atılır. Tapmacalar Qarabağda ermənilərin guya humanitar böhranı, Azərbaycan və Ermənistan şərti sərhəddində ermənilərin hərbi təxribatları, hətta təxribatın Naxçıvanla sərhədə qədər aparıb çıxarılması, erməni diversiya qruplarının Azərbaycan ərazilərinə soxulmaq cəhdləri və beynəlxalq təşkilatlara Azərbaycandan şikayət etmək şəklində ortaya atılır. Əsl səbəb nədir? – Bu bilinmir.

Sülh istəyirəm deyənlərə bu tapmacaları kim yazıb verir, onlar da bunları bir ağızdan söyləyir?! Gah nala, gah mıxa vuraraq niyə çaşdırıcı manevrlər edirlər? Ermənistanla Azərbaycan arasında olan gərginliyin aradan qaldırılması üçün “bütün mümkün vasitələrdən istifadə etməyə hazırıq” deyən digər xarici ölkələr və ya ölkə bu məsələdə “tapmaca oyununa son qoyun, yoxsa sonunuz çatacaq” reallığını Ermənistana başa salmırlar?! Ya da ümumiyyətlə bunu istəmirlər çünki gərginlik sevirlər. 

Samir Cabbarov – Operativ Media

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq

Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq

Ərdoğan və Şahbaz Şərif arasında görüş olub

Ərdoğan və Şahbaz Şərif arasında görüş olub

Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • 12:59

    Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb
  • 12:38

    Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib
  • 12:36

    Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
  • 12:28

    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
  • 12:16

    DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • 12:11

    İlqar Musayev: “Son iki ayda COP29 ilə bağlı saxta xəbərlər yayan 15 resurs bağlanıb"
  • 12:07

    Avropa Çempionatı Moldovada keçiriləcək
  • 12:00

    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Menyu