http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

BMT-dən də böyük Azərbaycan diplomatiyası var - ŞƏRH

17 Avqust 2023 , 15:16
BMT-dən də böyük Azərbaycan diplomatiyası var - ŞƏRH

Rəsmi İrəvan Qarabağın mülki əhalisinin guya tam blokadaya alınması nəticəsində humanitar vəziyyətin "pisləşməsi" ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etmişdi. Tələb yerinə yetirildi amma...

Məsələnin əsl əmması nəticə idi. Nəticə də göstərdi ki, BMT, Ermənistanın rəsmilərinin və Qarabağdakı ermənilərin, onları himayəyə götürən “valideynlərinin” səylərinə baxmayaraq Azərbaycana qarşı heç bir sənəd qəbul etmədi. Çünki, elə həmin BMT Ermənistan tərəfindən 1-ci Qarabağ Müharibəsi zamanı işğal edilən Azərbaycan ərazilərinə görə 4 qətnamə qəbul edib. Qətnamədə qəti şəkildə bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən pozulub və ərazi işğal olunub. Məntiqi əsasla Azərbaycanın ərazisi beynəlxalq qurum vasitəsilə təsdiq olunursa necə onun ərazisində humanitar böhran tamaşası yaratmaqla günahlandıra bilərsən. Soydaşlarınla əlaqə üçün yollar bağlanmayıb, bunun üçün yol təklif olunur. Azərbaycan bunu edib. Ona görə də “erməni əhalinin blokadada saxlanılması” ifadəsi kökündən əsassızdır, beynəlxalq hüquqda bu məsələni qaldırmaq belə özünü biabır etməkdir. Blokada yol təklif etməklə olmur. Ona görə də BMT Təhlükəsizlik Şurası bütün ermənilərin nağıllardan ibarət iddialarını əsassız saydı. İclasda daha bir əsas məsələ isə Azərbaycanın xarici siyasəti, diplomatiyası idi.

Ağdam – Xankəndi yolu ifadəsinin BMT-də səsləndiirlməsinin özü bir Azərbaycan xarici siyasətinin uğurudur. Necə ki, Zəngəzur dəhlizi ifadəsi 2020-ci ildən sonra böyük dövlətlərin, beynəlxalq təşkilatların dilə gətirdiyi terminə çevrilib və bu həyata keçməsi real olan məsələdir. Eyni ilə Ağdam – Xankəndi yolu da sənədlərdə yerini alır. BMT Təhlükəsizlik Şurası kimi dünyanın 1-nömrəli beynəlxalq təşkilatında ermənilərə yol göstərildi ki, Azərbaycanın göstərdiyi yolla gedin. Ağdam – Xankədi yolu ağ günə çıxmaq üçün ermənilərə təklif edilir. Təklifdən imtina edərək üstəlik Azərbaycanı BMT-yə şikayət etmək, hərbi təxribatlar törətməyə cəhdlər etmək isə ermənilər üçün səmanın rəngini ağ etməyəcək, qara buludları başlarının üzərində sıxlaşacaq. Çünki, Azərbaycan diplomatiyası Azərbaycan ordusu qədər güclüdür. Ermənilər qarşılarındakıların hər cəbhədə güclü olduğunu unutmamalıdırlar.

Samir Cabbarov – Operativ Media

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq

Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq

Ərdoğan və Şahbaz Şərif arasında görüş olub

Ərdoğan və Şahbaz Şərif arasında görüş olub

Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • 13:14

    Son sutkada Qəzzada 28 nəfər həlak olub
  • 12:59

    Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb
  • 12:38

    Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib
  • 12:36

    Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
  • 12:28

    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
  • 12:16

    DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • 12:11

    İlqar Musayev: “Son iki ayda COP29 ilə bağlı saxta xəbərlər yayan 15 resurs bağlanıb"
  • 12:07

    Avropa Çempionatı Moldovada keçiriləcək
Menyu