http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Hikmət Hacıyev: "Türkiyənin dəstəyini hər zaman hiss edirik"

17 Avqust 2023 , 21:15
Hikmət Hacıyev: "Türkiyənin dəstəyini hər zaman hiss edirik"

"Türkiyə bizim qardaşımız, onun gücü bizim gücümüzdür. Hər zaman bir millət, iki dövlətik. Türkiyənin diqqət və qayğısını hər zaman yanımızda hiss edirik. Azərbaycan da həmişə qardaş Türkiyənin yanındadır".

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdamda türkiyəli jurnalistlərə açıqlamasında deyib.

Laçın yolunda erməni təxribatı barədə danışan H.Hacıyev Bərdə-Ağdam dəmir yolu və avtomobil yolunun tikintisi barədə məlumat verib:

"Orada bir yol yox idi. Onlar yolu da məhv etmişdilər. Sovetlər dövründə bu yol nəqliyyat baxımından ən sərfəli yol kimi istifadə edilirdi. Çünki burada nəqliyyat xərcləri də aşağı idi. Qarabağ erməniləri üçün lazım olan vəsaitin daşınması bu yolla mümkündür. Bərdə-Ağdam-Xankəndi yolu tarixən daima fəaliyyət göstərib. Bu yollar Qarabağın ermənilər yaşayan hissəsinə qədər çəkilir və hazırda üzərində dayanmışıq. Məhz bu gün üzərində dayandığımız yolu da Qarabağın erməni sakinlərinin Azərbaycanın iqtisadi, siyasi sosial inteqrasiyası kimi görürük. Biz Laçın yolunu inkar etmirik, amma digər yolların olması da yaxşı imkandır".

H.Hacıyev bildirib ki, hazırda reinteqrasiyadan başqa yol yoxdur.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq

Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq

Ərdoğan və Şahbaz Şərif arasında görüş olub

Ərdoğan və Şahbaz Şərif arasında görüş olub

Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • 12:59

    Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb
  • 12:38

    Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib
  • 12:36

    Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
  • 12:28

    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
  • 12:16

    DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • 12:11

    İlqar Musayev: “Son iki ayda COP29 ilə bağlı saxta xəbərlər yayan 15 resurs bağlanıb"
  • 12:07

    Avropa Çempionatı Moldovada keçiriləcək
  • 12:00

    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Menyu