Lavrov Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan səfirləri ilə görüş keçirib
Redaksiya
Avqustun 18-də Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Xəzər Gününə (12 avqust) həsr olunmuş Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan səfirləri ilə görüş keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, Xəzər regionunda çoxşaxəli əməkdaşlığın geniş spektri məsələləri ətrafında maraqlı fikir mübadiləsi aparılıb. “Beşlik” formatında əməkdaşlığın qurulması istiqamətində gələcək addımlar, o cümlədən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşünə hazırlıq müzakirə edilib.
Teqlər:
"Lavrov Azərbaycan İran Qazaxıstan və Türkmənistan səfirləri ilə görüş keçirib"