11 Noyabr 2022, 20:24
Mirzoyan Fransa XİN-ə Azərbaycanla normallaşma prosesindən danışıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransaya səfəri çərçivəsində həmkarı Katrin Kolonna ilə görüşüb.
"Operativ Media"nın xəbərinə görə, Mirzoyan Fransa XİN rəhbərinə Azərbaycanla normallaşma prosesi və sərhədlərin delimitasiyası barədə məlumat verib.
Tərəflər oktyabrın 6-da Praqada keçirilmiş dördtərəfli görüşdən sonra verilən bəyanatın əhəmiyyətini vurğulayıblar.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.