http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Mirziyoyev Azərbaycana səfərə gəlib - YENİLƏNİB

22 Avqust 2023 , 11:57
Mirziyoyev Azərbaycana səfərə gəlib - YENİLƏNİB

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

"Operativ Media" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

***

10:33

Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, səfər proqramına uyğun olaraq, Bakıda ikitərəfli və geniş tərkibdə yüksək səviyyəli danışıqlar aparacaq.

Füzuli və Şuşa şəhərlərinə birgə səfər, dövlət başçılarının iştirakı ilə digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Nərmin Qocamanova

OXŞAR XƏBƏRLƏR
Pərviz Şahbazov Serbiyaya səfər edib

Pərviz Şahbazov Serbiyaya səfər edib

Rizvan Nəbiyev: Faşist Almaniyasının kapitulyasiyası ilə bağlı tarixi müqayisə regiondakı mövcud siyasi-hüquqi reallıqdan irəli gəlir

Rizvan Nəbiyev: Faşist Almaniyasının kapitulyasiyası ilə bağlı tarixi müqayisə regiondakı mövcud siyasi-hüquqi reallıqdan irəli gəlir

Əli Əsədov Belarusun fövqəladə hallar naziri ilə görüşüb

Əli Əsədov Belarusun fövqəladə hallar naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • 17:19

    Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq
  • 17:11

    “LC Waikiki”nin Azərbaycandakı rəsmi nümayəndəsi məhkəmədə iddia qaldırıb
  • 17:09

    "Araz-Naxçıvan" - "Səbail" matçı Sumqayıtda keçiriləcək
  • 17:08

    Sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib
  • 17:06

    AAYDA: Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır
  • 16:52

    Pərviz Şahbazov Serbiyaya səfər edib
  • 16:46

    Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığının perspektivləri müzakirə olunub
  • 16:42

    Rizvan Nəbiyev: Faşist Almaniyasının kapitulyasiyası ilə bağlı tarixi müqayisə regiondakı mövcud siyasi-hüquqi reallıqdan irəli gəlir
Menyu