Azərbaycan və Özbəkistan arasında yeni "Yol Xəritəsi" imzalandı
Azərbaycan və Özbəkistan arasında yeni "Yol Xəritəsi" imzalanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində paylaşım edib.
"Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov ilə 2023-2025-ci illər üzrə enerji əməkdaşlığımızın inkişafının yeni "Yol Xəritəsi"ni imzaladıq. Perspektivdə çoxsaylı enerji layihələri var, enerji tərəfdaşlığımız münasibətlərimizi daha da möhkəmləndirəcək", - nazir bildirib.
Qeyd edək ki, bu gün Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə gəlir. Səfər çərçivəsində bir çox müzakirələrin aparılması, rəsmi mərasimlərin keçirilməsi gözlənilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net