Menyu

Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib

Nərmin Qocamanlı
Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Özbəkistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyevanı salamlayıblar.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan əsgərlərini salamlayıb.

Özbəkistan və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri Özbəkistan prezidentinə, Özbəkistan nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçib.

Teqlər:

"\u00d6zb\u0259kistan Prezidentinin r\u0259smi qar\u015f\u0131lanma m\u0259rasimi ke\u00e7irilib"

Əlaqəli Xəbərlər