Menyu

"Ölkəmizin Müstəqillik Bəyannaməsi bizi qonşularımızla daim münaqişə şəraitində saxlayır" Nikol Paşinyan

"Ölkəmizin Müstəqillik Bəyannaməsi bizi qonşularımızla daim münaqişə şəraitində saxlayır" Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsinin qəbul olunmasının 33-cü ildönümündə bəyannaməni tənqid edib.

"Operativ Media"  xəbər verir ki, baş nazir bildirib ki, bəyannamənin qəbul edilməsi bugünkü erməni dövlətçiliyinin əsasını qoymaqla, ölkə tarixində dönüş nöqtəsi olub.

O, sənədin Qarabağ hərəkatının zirvəsində, SSRİ-də iqtisadi, siyasi və ideoloji böhran şəraitində qəbul olunduğunu deyib.

Paşinyanın sözlərinə görə, o, bəyannamənin mətnini 2-ci Qarabağ müharibəsindən əvvəl, xüsusən müharibədən sonra dəfələrlə oxuyub.

"Bəyannamənin mətninin gərgin təhlili göstərir ki, biz nəticədə bizi SSRİ-nin hissəsinə çevirən düstura əsaslanan diskurs və məzmun seçmişik. Söhbət regional mühitdən və bizi daima qonşularımızla münaqişə vəziyyətində saxlayan qarşıdurma diskursundan gedir", - Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan bu bəyannamə ilə SSRİ-dən ayrılma kursunu bəyan etsə də, ondan çıxışın bütün yollarını bağlayıb.

"Biz XX əsrin sonunda qəbul edilən bəyannamə ilə 20-ci əsrin əvvəllərində müstəqilliyimizi itirməyə aparan düsturu bir daha qəbul etmişik", - Paşinyan deyib.

"İndi isə Müstəqillik Bəyannaməsinin 33-cü ildönümündə vurğulamaq istəyirəm ki, bizim sülh gündəliyimiz müstəqillik gündəliyidir. Əgər sülhə nail olsaq, müstəqillik də olar. Sülh olmadığı müddətcə SSRİ-nin ruhu bizim səmamızda, regionumuzun səmasında dolaşacaq”, - deyə Paşinyan bildirib.

Ermənistanın baş naziri müstəqilliyi, suverenliyi, demokratiyanı seçdiyini deyib.

Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il 23 avqust tarixində qəbul edilib.

Teqlər:

"\"\u00d6lk\u0259mizin M\u00fcst\u0259qillik B\u0259yannam\u0259si bizi qon\u015fular\u0131m\u0131zla daim m\u00fcnaqi\u015f\u0259 \u015f\u0259raitind\u0259 saxlay\u0131r\" Nikol Pa\u015finyan"

Əlaqəli Xəbərlər