http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ayxan Hacızadə Kanada XİN başçısına cavab verib

23 Avqust 2023 , 19:08
Ayxan Hacızadə Kanada XİN başçısına cavab verib

"Kanadanın xarici işlər naziri Melani Jolinin bəyanatları bölgədə sülh və sabitliyə xidmət etmir".

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Kanadanın xarici işlər naziri Melani Jolinin erməni icmasının tədbirində çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

"Kanadanın xarici işlər naziri Melani Jolinin erməni icmasının tədbirində çıxışı zamanı Azərbaycanın Qarabağ bölgəsinə istinadən ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı fikirlər səsləndirməsini qətiyyətlə pisləyirik", - deyə sözçü qeyd edib.

Onun sözlərinə görə, Kanadanın xarici işlər nazirinin bölgədə separatçılığı və revanşist qüvvələri dəstəkləyən, ermənipərəst hisslərin açıq şəkildə ifadə olunduğu birtərəfli bəyanatlar səsləndirməsi ilk dəfə deyil: "Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalını və yüz minlərlə azərbaycanlının insan hüquqlarının pozulmasını qınayan, bu illər ərzində aparılan danışıqlar prosesinə töhfə verəcək və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsini dəstəkləyəcək hər hansı bəyanatla çıxış etməyən Kanada xarici işlər nazirinin Azərbaycan əleyhinə əsassız şəkildə bəyanatlar verməsi qarşı tərəfdən nümayiş etdirilən qərəzli yanaşmanın nümunəsidir. Kanada tərəfinin bu kimi bəyanatları bölgədə sülh və sabitliyə xidmət etmir və qəbuledilməzdir".

"Bir daha, Kanada tərəfindən bu kimi təhrikedici addımlardan çəkinməyi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağı tələb edirik. Kanada həqiqətən də bölgədə dayanıqlı sülhün təmin olunmasını istəyirsə, o zaman beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun davranmalıdır. Bunun əksi bölgədə sülhün bərqərar olması prosesinə zərər verməkdən başqa bir şey deyil", - deyə A.Hacızadə vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb

Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb

Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib

Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib

Ayxan Hacızadə: "Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub"

Ayxan Hacızadə: "Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub"

XƏBƏR LENTİ
  • 19:08

    Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşüb
  • 18:55

    İsrailin Baş Qərargah rəisi Livanda quru manevrinə hazırlıqlarını açıqlayıb
  • 18:51

    SOCAR Türkiyə 1-ci Liqası klubuna sponsorluq edəcək
  • 18:37

    Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
  • 18:34

    Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
  • 18:30

    TƏBİB-də geniştərkibli müşavirə keçirilib
  • 18:25

    Azərbaycan-Somali hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
  • 18:18

    PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
    PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
Menyu