Menyu

XİN: Kanada tərəfindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağı tələb edirik

XİN: Kanada tərəfindən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağı tələb edirik

Kanada tərəfindən təhrikedici addımlardan çəkinməyi və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağı tələb edirik.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Kanadanın xarici işlər naziri Melani Jolinin erməni icmasının tədbirində çıxışı zamanı səsləndirdiyi fikirlərə dair şərhində bildirib.

“Kanada həqiqətən də bölgədə dayanıqlı sülhün təmin olunmasını istəyirsə, o zaman beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun davranmalıdır. Bunun əksi bölgədə sülhün bərqərar olması prosesinə zərər verməkdən başqa bir şey deyil”, - deyə Ayxan Hacızadə vurğulayıb.

Qeyd edək ki, Kanadanın xarici işlər naziri Melani Jolinin erməni icmasının tədbirində çıxışı zamanı Azərbaycanın Qarabağ bölgəsinə istinadən ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı fikirlər səsləndirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər