http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ceyhun Bayramov ilə Belçika XİN rəhbəri arsında görüş olub (YENİLƏNİB)

24 Avqust 2023 , 21:16
Ceyhun Bayramov ilə Belçika XİN rəhbəri arsında görüş olub (YENİLƏNİB)

24 avqust 2023-cü il tarixində nazir Ceyhun Bayramov Belçika Krallığının ölkəmizdə səfərdə olan xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Haccə Lhəbibi və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "Operativ Media"ya XİN-dən bildirilib. 

Qeyd edilib ki, Nazir Ceyhun Bayramov və nazir Haccə Lhəbib arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Görüş zamanı Azərbaycan-Belçika arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Bölgəmizdə yeni reallıqlar kontekstində Belçika ilə iqtisadi, mədəni, ticarət, alternativ enerji, yüksək texnologiyalar, tibb və əczaçılıq və s. istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları olduğu bildirilib.

Müzakirələr zamanı, Ermənistanın 30 ilə yaxın dövr ərzində Azərbaycanın ərazilərinin işğalına, 9 şəhər və 300-dən yuxarı kəndin dağıdılmasına, etnik təmizləmə siyasətinə diqqət yönəldilib.

Post-münaqişə dövründə mövcud regional vəziyyət və reallıqlar, Azərbaycan tərəfindən Ermənistan ilə münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, eləcə də sərhədlərin delimitasiyası istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, Ermənistanın davamlı qeyri-konstruktiv yanaşma sərgilədiyini, hərbi-siyasi təxribatlar törətdiyini, öhdəliklərindən boyun qaçırdığını, Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Laçın yolundan hərbi və mina təhdidinin davam etdirilməsi üçün sui-istifadə olunduğunu bildirib.

Görüşdə nazir Ceyhun Bayramov tərəfindən Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh gündəliyi, bu çərçivədə ölkəmizin konstruktiv yanaşması və müvafiq səyləri müqabilində Ermənistanın ziddiyyətli və təxribatçı mövqeyi haqqında müqabil tərəfə məlumat verilib.

Xüsusilə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın hər vəchlə maneçilik törətməsi, Laçın-Xankəndi yolu ətrafında yalan iddialar yayması qeyd olunub. Laçın yolundan gündəlik əsasda erməni sakinlərin keçdiyi, əraziyə böyük həcmli yüklərin daşınması üçün isə Ağdam-Xankəndi yolundan istifadənin Azərbaycan tərəfindən təklif olunduğu xatırlanıb.

Nazir Ceyhun Bayramov eyni zamanda, bölgədə onilliklər boyu Azərbaycana qarşı aparılan işğalçılıq siyasətinə bəzi dövlətlərin göz yummasının, habelə post-münaqişə dövründə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının siyasi manipulyasiyadan başqa bir şey olmadığını diqqətə çatdırıb. Bütün bunlarla əlaqədar, bölgədə Avropa İttifaqı missiyası kimi beynəlxalq təşəbbüslərin Ermənistan tərəfindən sui-istifadə edilməsinə imkan verilməməsinin zəruriliyi vurğulanıb.

Azərbaycanın hər zaman sülh və təhlükəsizlik şəraitində, ölkəmizin ərazi bütövlüyü çərçivəsində birgə yaşayışın, inkişaf və rifahın tərəfdarı olduğu və bu istiqamətdə səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

*** 16:16

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadja Lahbibi qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, daha sonra tərəflər arasında ikitərəfli görüş balşayıb.

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib

Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib

Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib

Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib

Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb

Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb

XƏBƏR LENTİ
  • 23:01

    AL: "Qarabağ"ın rəqibi qələbə qazandı
  • 22:43

    Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib
  • 22:33

    Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib
  • 22:15

    Qurban Qurbanov: "Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq"
  • 21:55

    XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
    XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
  • 21:41

    Fahrettin Altun: İsrail baş naziri dünyada dinc əhalinin qətliamından danışan sonuncu şəxsdir
  • 21:27

    Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb
    Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə görüşüb
  • 21:14

    Putin: Suverenliyimiz üçün kritik təhlükə nüvə cavabı üçün səbəb olacaq
Menyu