12 Noyabr 2022, 18:11
Fransa Senatının qarşısında Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz olaraq aksiya keçiriləcək
Fransa Senatının qarşısında Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz olaraq aksiya keçiriləcək şəkil
Fransa Senatının qarşısında Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz olaraq aksiya keçiriləcək

Noyabrın 15-də Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının qarşısında Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz olaraq aksiya keçirəcəklər.

“Operativ Media" xəbər verir ki, aksiya yerli vaxtla saat 10:00-a planlaşdırılıb.

Aksiya zamanı Azərbaycan diasporunun üzvləri Fransa Senatından Azərbaycana ədalət tələb edəcəklər. Həmin gün Fransa parlamentinin yuxarı palatasında ermənipərəst qətnamənin müzakirəsi planlaşdırılır.

Bundan əvvəl Senatın 6 üzvü Azərbaycana qarşı ittihamları özündə əks etdirən, Fransa hökumətini və digər Aİ ölkələrini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə təklif edib.

Azərbaycanlılar Fransa parlamentinin yuxarı palatasında baxılmaq üçün təklif olunan anti-Azərbaycan qətnaməsi ilə bağlı Fransa Senatına və xalqına müraciət olaraq petisiya əsasında imza toplayıblar.

Son xəbərlər
ABŞ-da güclü tufan çətinliklər yaradıb
İranda zəlzələ baş verib
Aİ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
İranda zəlzələ baş verib
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Fələstin prezidenti Makronla telefon danışığı aparıb
Göyçayda mənzildə meyit aşkarlanıb - YENİLƏNİB