Menyu

Türkiyə XİN başçısı ilə Ukrayna Baş naziri arasında görüş olub

Nərmin Qocamanlı
Türkiyə XİN başçısı ilə Ukrayna Baş naziri arasında görüş olub
1 dəq oxu

Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə Ukraynanın Baş naziri Denis Şmihal ilə görüşüb

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı, davam edən Ukrayna-Rusiya müharibəsi və "Taxıl Sazişi" müzakirə edilib.

Qeyd edək ki, Türkiyə XİN başçısı Ukraynada səfərdədir. O, daha öncə Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna Prezident ofisinin rəhbəri Andrey Yermak ilə görüşüb.

Əlaqəli Xəbərlər