Menyu

QAİ Fransanı Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına mane olmamağa çağırır

Redaksiya
QAİ Fransanı Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına mane olmamağa çağırır

Qərbi Azərbaycan İcması Fransanın təxribatlara hazırlaşması ilə bağlı bəyanat yayıb.

"Operativ Media" xəbər verir ki, bəyanatda deyilir:

Fransanın Paris şəhəri daxil olmaqla bir sıra bölgələrinin yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin 30 avqust 2023-cü il tarixində Azərbaycanın Laçın bölgəsi istiqamətində Ermənistanla şərti sərhəd zonasında təxribata cəhd edəcəkləri barədə məlumat yayılıb.

Qatı irqçi, Azərbaycan-fob Ann İdalqo, Fransanın erməni icmasının radikal nümayəndəsi Jan Barseqyan kimi ünsürlərin təşkil etdikləri bu avantüranın guya Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə “humanitar yardım” aparmaq məqsədi daşıdığı bildirilir. 

Vurğulamaq lazımdır ki, bu şəxsləri və bu təxribatın əsl təşkilatçısı olan Fransa hökumətini qətiyyən humanitar məsələlər maraqlandırmır. Sözügedən dairələri insan taleyi maraqlandırsaydı, onlar Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoymasına, 20 mindən artıq mülki azərbaycanlını qətl etməsinə, 900 Azərbaycan yaşayış məskənini yer üzərindən silməsinə etiraz edərdilər. 

Fransanın bu mənfur addımı təşkil etməkdə məqsədi bölgədə vəziyyəti daha da gərginləşdirmək, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin re-inteqrasiyasını və Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasını əngəlləməkdir. 

Qərbi Azərbaycan İcması Fransanı bu ucuz təxribatdan çəkinməyə, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına mane olmamağa və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasına dəstək verməyə çağırır.

Teqlər:

"QA\u0130 Fransan\u0131 Az\u0259rbaycan v\u0259 Erm\u0259nistan aras\u0131nda s\u00fclh\u00fcn b\u0259rq\u0259rar olunmas\u0131na mane olmama\u011fa \u00e7a\u011f\u0131r\u0131r"

Əlaqəli Xəbərlər