Menyu

Prezidentin köməkçisi: "Bütün ermənipərəst siyasətçilər araşdırılmalıdır"

Prezidentin köməkçisi: "Bütün ermənipərəst siyasətçilər araşdırılmalıdır"

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-nin "The New York Post" nəşrindən senator Bob Menendesin həyat yoldaşının mümkün qanunsuz hərəkətləri barədə çıxarış paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin daha da araşdırılmasına çağırış edib.

"Operativ Media" xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkəsində qeyd edib:

"Pul hər şeyi həll edir! ABŞ və Avropadakı bütün anti-Azərbaycan ermənipərəst lobbiçilər və siyasətçilər daha da araşdırılmalıdır".

H. Hacıyevin paylaşdığı "The New York Post"dakı xəbərin başlığında qeyd olunub: "Senator Bob Menendesin arvadının ofisi federal araşdırma təhlükəsi ilə üz-üzə olduğunu etiraf etməzdən aylar öncə 400 min dollar qızıl külçə satıb".

Teqlər:

"Prezidentin k\u00f6m\u0259k\u00e7isi: \"B\u00fct\u00fcn erm\u0259nip\u0259r\u0259st siyas\u0259t\u00e7il\u0259r ara\u015fd\u0131r\u0131lmal\u0131d\u0131r\""

Əlaqəli Xəbərlər