http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Xaricdəki diaspor təşkilatı BMT-nin Cenevrədəki mənzil-qərargahına müraciət ünvanlayıb

27 Avqust 2023 , 13:11
Xaricdəki diaspor təşkilatı BMT-nin Cenevrədəki mənzil-qərargahına müraciət ünvanlayıb

Litvada fəaliyyət göstərən azərbaycanlıların “Günəş” Assosiasiyası beynəlxalq ictimaiyyətə müraciət edərək Azərbaycanın sülh səylərini dəstəkləməyə çağırıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Operativ Media"ya bildiriblər ki, Assosiasiyanın adından BMT-nin Cenevrədəki mənzil-qərargahına ünvanlanan müraciətdə Azərbaycan mənşəli litvalıların erməni diasporunun və Ermənistandakı revanşist qüvvələrin yolverilməz hərəkətləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış hazırkı şəraitlə bağlı dərin narahatlıq hissi keçirdikləri bildirilir.

Müraciətdə qeyd edilir ki, Ermənistanın 30 il davam edən işğalçı siyasəti nəticəsində Azərbaycanın Qarabağ bölgəsi xarabalığa çevrilib və 2020-ci ilin müharibəsindən sonra qalan problemlər hələ də öz həllini tapmayıb.

Bəyanatda vurğulanır ki, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərində basdırdığı minaların partlaması nəticəsində bugünədək 300-dən çox azərbaycanlı hərbi qulluqçu və mülki şəxs həlak olub və yaralanıb. Eyni zamanda, Ermənistanın minalanmış sahələrin dəqiq xəritəsini Bakıya verməkdən imtina etməsi qanunların kobud şəkildə pozulmasıdır. Müraciətdə, həmçinin bildirilir ki, qonşu Gürcüstanın timsalında özünün regional əməkdaşlığa sadiqliyini sübut edən Azərbaycan, həmçinin beynəlxalq hüquq əsasında öz ərazisi, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qoruyub saxlamağa çalışır. İcmanın müraciətində o da qeyd olunur ki, Xankəndi-Laçın yolu açıqdır.

Azərbaycanlıların “Günəş” Assosiasiyası beynəlxalq təşkilatları bu gərgin və mühüm mərhələdə ermənilərin uydurmalarına inanmamağa, Azərbaycanın sülhsevər siyasətini əməldə dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqa dəstək verməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR
XİN başçısının müavini G20 XİN başçılarının toplantısında çıxış edib

XİN başçısının müavini G20 XİN başçılarının toplantısında çıxış edib

Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib

Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib

Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib

Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 01:02

    XİN başçısının müavini G20 XİN başçılarının toplantısında çıxış edib
    XİN başçısının müavini G20 XİN başçılarının toplantısında çıxış edib
  • 00:59

    AL: "Qalatasaray" PAOK-u məğlub etdi
  • Dünən
    23:40

    "Tottenhem"in baş məşqçisi: "Qarabağ" təcrübəli Avropa komandasıdır"
  • Dünən
    23:37

    Leyla Əliyeva 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində olub
  • Dünən
    23:01

    AL: "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Dünən
    22:43

    Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib
  • Dünən
    22:33

    Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib
  • Dünən
    22:15

    Qurban Qurbanov: "Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq"
Menyu