Menyu

Fikrət Əliyev: "O vaxt erməni cinayətkarları barədə cinayət işi açanda bəziləri buna gülürdü"

Redaksiya
Fikrət Əliyev: "O vaxt erməni cinayətkarları barədə cinayət işi açanda bəziləri buna gülürdü"

"Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkəmiz əleyhinə cinayətlər törədən, vandallıq edən, bayrağımızı, dövlət rəmzlərimizi təhqir edən ermənilərə qarşı cinayət işi açanda bəziləri buna gülürdü".

Bu sözləri "Operativ Media"ya açıqlamasında YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev bildirib. 

"Düşünürdülər ki, bu lazımsız addımdır. Çoxu isə deyirdi, ermənilərlə ancaq “Dəmir Yumruq”la danışmaq lazımdır. 

Azərbaycan hüquqi, suveren dövlətdir. Biz zamanla haqq-ədalətin öz yerini tapacağına inanan xalqıq. Əgər o zaman uzanarsa, o zaman biz öz bildiyimiz addımları atar və zəfər çalarıq. 

İki il əvvəl bayrağımızı tapdalayaraq sosial şəbəkələrdə “layk” toplayan ermənilərə Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunmuşdu. Cəmi iki il sonra Azərbaycan sərhədçiləri yoxlanışından keçməyə çalışan həmin ermənilərin üçünü saxladı. Daha 8 ermənini isə eyni cəza gözləyir. 

Azərbaycan ərazisində yaşayan hər bir kəs Azərbaycan dövlətinin qanunlarına hörmət etməyə borcludur. İgid hərbçilərimizə, sistemli işləyən hüquq mühafizə orqanlarımıza minnətdarıq"-deyə o qeyd edib.

Teqlər:

"Fikr\u0259t \u018fliyev: \"O vaxt erm\u0259ni cinay\u0259tkarlar\u0131 bar\u0259d\u0259 cinay\u0259t i\u015fi a\u00e7anda b\u0259zil\u0259ri buna g\u00fcl\u00fcrd\u00fc\""

Əlaqəli Xəbərlər