Zelenski: "Dost türk xalqının acısı bizim acımızdır"

admin
Zelenski: "Dost türk xalqının acısı bizim acımızdır"

Ukrayna Prezidenti Türkiyəyə başsağlığı verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Volodimir Zelenski tvitterdə paylaşım edib.

"İstiqlal küçəsində baş verən partlayış nəticəsində çoxlu sayda insanın öldüyü və yaralandığı xəbərini dərin hüznlə öyrəndim.  Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.  Dost türk xalqının acısı bizim acımızdır"-deyə paylaşımda qeyd edilib.

Digər xəbərlər