Menyu

Gürcüstan Prezidenti Almaniyaya səfər edəcək

Nərmin Qocamanlı
Gürcüstan Prezidenti Almaniyaya səfər edəcək
1 dəq oxu

Gürcüstan prezidenti ölkəyə Aİ-yə namizəd statusunun verilməsinə dəstək məqsədilə Avropa turnesinə başlayır.

"Operativ Media" xəbər verir ki, sabah Salome Zurabişvili Berlinə yola düşəcək.

O, Avropa liderləri ilə danışıqlara almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşlə başlayacaq.

Xatırladaq ki, oktyabrda Avropa Komissiyası dekabrda yekun qərarını verəcək Avropa Şurası üçün tövsiyələr hazırlayacaq. Bu qərar Aİ-nin bütün 27 ölkəsinin liderləri tərəfindən dəstəklənsə, Gürcüstan namizəd statusu alacaq.

Əlaqəli Xəbərlər