Menyu

"Qarabağda Bakının şərtləri ilə razılaşan kifayət qədər erməni var"-millət vəkili

Redaksiya
"Qarabağda Bakının şərtləri ilə razılaşan kifayət qədər erməni var"-millət vəkili


"Dəmir yumruq yerindədir. Vaxt isə bizim xeyrimizə işləyir"

Bunu "Operativ Media"ya açıqlamasında millət vəkili Rüfət Quliyev bildirib.

Millət vəkilinin sözlərinə görə, baş verənlər onu göstərir ki, Azərbaycan xalqı əlindən gələni edir ki, bu məsələni sülh yolu ilə həll edək. 
"Cənab Prezident dəfələrlə qeyd edib ki, orada yaşayanların iki yolu var. Azərbaycana qarşı təxribat törədənlər, cinayətkar qrupun üzvləri, Azərbaycan Baş Prokurorluğunun cinayət işi açdığı şəxslər, Qarabağa sonradan köçürülmə olunanlar istisnadır. Dinc əhali isə Azərbaycan qanunlarını qəbul edib, vətəndaşlığı qəbul edib orada qalıb yaşaya bilərlər. Cənab Prezident, diplomatik korpus və biz millət vəkilləri bunu hər yerdə bəyan etmişik, izah etməyə çalışmışıq ki, bu, beynəlxalq hüquq çərçivəsində bu formada mümkündür".

Rüfət Quliyev Fransanın mövqeyinə də münasibət bildirib.

"Fransanın orada apardığı siyasət isə oyundur. Vəziyyət hara çatıb ki, Fransa Prezidenti deyir ki, mən Nikol Paşinyandan daha çox erməni xalqını dəstəkləyən ölkə rəhbəriyəm. Deməli bir ölkənin rəhbəri belə canfəşanlıq edirsə, təbiidir ki, Fransada olan erməni diasporunun ona olan dəstəyi, həm də yardımı var. Onların həyata keçməsi isə mümkün deyil. Dəmir yumruq yerindədir. Onlar yardımı niyə geri çevirsinlər ki, hər yerdə bağırırlar acıq. Oyundur bu sadəcə və bu oyunun sonu var. Amma Qarabağda kifayət sayda erməni var ki, onlar qərara gəliblər ki, çıxış yolu rəsmi Bakının təklifləri ilə razılaşmaqdır".
 

Teqlər:

"\"Qaraba\u011fda Bak\u0131n\u0131n \u015f\u0259rtl\u0259ri il\u0259 raz\u0131la\u015fan kifay\u0259t q\u0259d\u0259r erm\u0259ni var\"-mill\u0259t v\u0259kili"

Əlaqəli Xəbərlər