Menyu

Azərbaycanın müdafiə naziri Anıtqəbri ziyarət edib

Nərmin Qocamanlı
Azərbaycanın müdafiə naziri Anıtqəbri ziyarət edib
1 dəq oxu

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkəyə işgüzar səfəri çərçivəsində rəhbərlik etdiyi nümayədə heyəti ilə birgə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib.

"Operativ Media" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müdafiə naziri, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər qonaqlar Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyuraq, xatirəsinə ehtiram nümayiş etdiriblər.

General-polkovnik Z.Həsənov "Xatirə kitabı"na ürək sözlərini yazıb.

Müdafiə nazirinin Türkiyədə işgüzar səfəri davam edir.

Fotogalereya

Əlaqəli Xəbərlər