http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

QAİ dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırır

31 Avqust 2023 , 12:06
QAİ dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırır

Qərbi Azərbaycan İcması ( QAİ) dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırır.

"Operativ Media" xəbər verir ki, İcmanın yaydığı bəyanatda müstəqil, tərəfsiz və humanizm prinsipləri əsasında işləyən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin öz təşəbbüsü ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin mümkün ehtiyacını ödəmək üçün 40 ton unu Ağdam-Xankəndi yolu vasitəsilə aparmağa çalışdığı bildirilib:

"Lakin həmin bölgədəki qondarma rejim Ermənistanın fitnəsi ilə Qızıl Aypara Cəmiyyətinin ərzaq konvoyunun oraya daxil olmasına imkan vermir. Bütün bunlar həmin bölgədə yaşayan ermənilərin ərzaq, xüsusilə un çatışmazlığı ilə üzləşdiyi barədə Ermənistanın davamlı təbliğatı fonunda baş verir".

Bəyanatda vurğulanıb ki, Ermənistanın Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ehtiyacı olanları ərzaq ilə təmin etməsinin qarşısını alması Qarabağın erməni əhalisinin ərzaqla təminatında əslində problem olmadığını və ya yardıma ehtiyac olmasına baxmayaraq, bu yardımdan mənfur siyasi məqsədlər və etnik nifrət səbəbilə imtina edildiyini göstərir: "Hər bir halda Ermənistanın bu addımı bu dövlətin irqçi siyasətini və mülki əhalinin humanitar ehtiyaclarından siyasi məqsədlərlə sui-istifadə edəcək dərəcədə riyakar və qəddar olmasını göstərir. Qərbi Azərbaycan İcması dünya ictimaiyyətini Ermənistanın bu qeyri-insani və irqçi siyasətini pisləməsini, ona son verməsi və əhalinin təchizatına mane olmağını dayandırması üçün bu ölkəyə təzyiq etməyə çağırır".

OXŞAR XƏBƏRLƏR
Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq

Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq

Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir

Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir

XƏBƏR LENTİ
  • 01:42

    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
  • 01:31

    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
  • 00:00

    Azərbaycanda Anım Günüdür
    Azərbaycanda Anım Günüdür
  • Dünən
    23:30

    Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək
  • Dünən
    23:14

    Netanyahu: İsrail hədəflərinə çatana qədər Hizbullaha güclü hücum edəcək
  • Dünən
    22:46

    "Tottenhem" - "Qarabağ" matçının vaxtı dəyişdirildi
  • Dünən
    22:29

    Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir
  • Dünən
    22:27

    "Tottenhem" - "Qarabağ" oyununun heyətləri bəlli oldu
Menyu