Ermənistan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın Qarabağdakı problemlərə görə, Ermənistanı günahlandırmasını şərh edib.
"Operativ Media" xəbər verir ki, geniş bəyanatda Rusiyanın əslində Ermənistanı tək qoymasına toxunulub.
Bildirilir ki, bəyanatdan qısa çıxarışı təqdim edirik:
"Qarabağ məsələsi heç vaxt Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olmayıb, bu Qarabağ xalqının hüquqları məsələsidir. Rusiya ötən il Qarabağın statusunu təxirə salmağı təklif etdi, biz qəbul etdik, Azərbaycan isə bundan ümumiyyətlə imtina etdi. Azərbaycan Brüsseldə də bildirdi ki, Ermənistanla Qarabağla bağlı heç nəyi müzakirə etmək istəmir. Bundan sonra isə Sentyabr döyüşləri başladı, Azərbaycan Ermənistanın ərazilərini ələ keçirdi. Rusiya Ermənistanı problemə salıb öz sözünə əməl etmədi, Ermənistan ərazilərinin işğalına biganə qaldı. Rusiya özü 9 noyabr bəyanatında da, Azərbaycanla imzalanan Müttəfiqlik Bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Hazırda Qarabağda baş verənlər Rusiya sülhməramlılarının iştirakı ilə baş verir. Biz Rusiya XİN-ə təklif edirik vəziyyəti daha da mürəkkəbləşdirməsinlər".