http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Azərbaycan XİN: Erməni tərəfinin aparılan yüklərə ehtiyacı olsaydı, sülhməramlı kontingentdən yolun bloklanmasını tələb etməzdilər

31 Avqust 2023 , 14:24
Azərbaycan XİN: Erməni tərəfinin aparılan yüklərə ehtiyacı olsaydı, sülhməramlı kontingentdən yolun bloklanmasını tələb etməzdilər

Ehtiyac olacağı təqdirdə erməni sakinlərə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin intensivləşməsi təklifinə qarşı çıxan ermənilərin bəzi nümayəndələrinin təxribatçı addımlarına etiraz etmək əvəzinə, Azərbaycanın erməni sakinləri ac saxladığı ilə təqsirləndirən Baş nazirə xatırlatmaq istərdik ki, hal-hazırda, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş yük maşınları ərazidə Xankəndinə keçidi gözləyir.

"Operativ Media" xəbər verir ki, bu Xarici İşlər Nazriliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində öz əksini tapıb.

“Erməni tərəfinin əgər həqiqətən aparılan yüklərə ehtiyacları olsaydı, sülhməramlı kontingent tərəfindən yolun bloklanmasını tələb edərək bu yüklərin əraziyə keçidinə mane olmazdılar. Erməni sakinlərin yanaşması bir daha göstərib ki, Ermənistanın və erməni sakinlərin bəzi nümayəndələrinin “humanitar vəziyyət” ilə bağlı iddiaları siyasi manipulyasiyadan başqa bir şey deyil”, - məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq

Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq

Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir

Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir

XƏBƏR LENTİ
  • 01:42

    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
  • 01:31

    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
  • 00:00

    Azərbaycanda Anım Günüdür
    Azərbaycanda Anım Günüdür
  • Dünən
    23:30

    Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək
  • Dünən
    23:14

    Netanyahu: İsrail hədəflərinə çatana qədər Hizbullaha güclü hücum edəcək
  • Dünən
    22:46

    "Tottenhem" - "Qarabağ" matçının vaxtı dəyişdirildi
  • Dünən
    22:29

    Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir
  • Dünən
    22:27

    "Tottenhem" - "Qarabağ" oyununun heyətləri bəlli oldu
Menyu