http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ayxan Hacızadə Metyu Millerə cavab verib

31 Avqust 2023 , 22:13
Ayxan Hacızadə Metyu Millerə cavab verib

Azərbaycan ABŞ Dövlət Departamentinin bölgədəki vəziyyətlə bağlı bəyanatını qeydə alır. İlk növbədə, Azərbaycan tərəfinin erməni əsilli sakinlərin təlabatlarının ödənilməsi istiqamətində təklifləri, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin intensivləşməsi təklifini irəli sürməsinin, eləcə də gündəlik əsasda onlarla erməni sakinin Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə keçməsi fonunda bölgədə “blokada” olması iddiaları qəbuledilməzdir.

Bu barədə "Operativ Media"ya XİN-dən bildirilib.

Erməni sakinlərin bəzi nümayəndələrinin Azərbaycan ərazilərində yerləşən Rusiya sülhməramlı kontingenti vasitəsilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş və hazırda Xankəndinə keçidi gözləyən yük maşınlarına mane olmaq istiqamətində səyləri və yolu bağlaması şəraitində bölgədə “gərgin humanitar vəziyyət” mövcudluğu iddialarını əsassız edir.

Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərin reinteqrasiyası, Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərin nümayəndələri arasında görüşün təşkili ilə bağlı Azərbaycanın erməni sakinləri dəfələrlə görüşə dəvət etməsi, bu istiqamətdə görüşlərin təşkili ilə bağlı əldə olunmuş razılıqlardan Ermənistan tərəfinin öz qondarma rejimi vasitəsilə qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə boyun qaçırması ABŞ tərəfinə yaxşı məlumdur. 

Azərbaycan tərəfinin bu istiqamətdə təkliflərinin davamlı olaraq rədd edilməsi isə vəziyyətin heç də humanitar deyil, əksinə siyasi xarakter daşıdığını bir daha nümayiş etdirir.

Azərbaycan Respublikası dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında bölgədə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasında, erməni sakinlərin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqrasiyasında qərarlıdır.

OXŞAR XƏBƏRLƏR
Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq

Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq

Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir

Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir

XƏBƏR LENTİ
  • 01:42

    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
  • 01:31

    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
  • 00:00

    Azərbaycanda Anım Günüdür
    Azərbaycanda Anım Günüdür
  • Dünən
    23:30

    Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək
  • Dünən
    23:14

    Netanyahu: İsrail hədəflərinə çatana qədər Hizbullaha güclü hücum edəcək
  • Dünən
    22:46

    "Tottenhem" - "Qarabağ" matçının vaxtı dəyişdirildi
  • Dünən
    22:29

    Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir
  • Dünən
    22:27

    "Tottenhem" - "Qarabağ" oyununun heyətləri bəlli oldu
Menyu