01 Sentyabr 2023, 13:27
Məktəbli çantasına qoyduğunuz yeməklər zəhərlənməyə səbəb ola bilər
Məktəbli çantasına qoyduğunuz yeməklər zəhərlənməyə səbəb ola bilər şəkil
Məktəbli çantasına qoyduğunuz yeməklər zəhərlənməyə səbəb ola bilər

Yeni tədris ilinin başlamasına 2 həftə qalıb. Məktəb ərəfəsində valideynlər övladlarının qidalanmasına xüsusi qayğı göstərirlər. Məktəbli uşaqların böyüməsi və inkişafı üçün kifayət qədər doyurucu qida maddələri ilə təmin edilmələri mütləqdir. Buna görə də həm evdə, həm də məktəbdə balanslaşdırılmış, vitaminlərlə zəngin qidalanma proqramı yaratmaq lazımdır. 

Bəs valideynlər övladlarının məktəb çantalarına qida qoyarkən nələrə diqqət etməlidirlər? 

“Riskli qida məhsullarını məktəbli çantasından uzaq tutmaq lazımdır. Bura əsasən qızartı yeməkləri aiddir. Valideynin gecə və ya səhər bişirdiyi qızartı yemək saatlarla uşağın çantasında qaldığı zaman onda mikrobioloji çirklənmə baş verir ki, bu da zəhərlənmə ehtimalını gücləndirir”.

Bu barədə qida məsələləri üzrə mütəxəssis ekspert Ağa Salamov “Operativ Media”ya açıqlamasında söyləyib.

Osmanlı Tokatı və Dəmir yumruq

O, valideynlərin məktəbli uşaqlarının çantalarına qoya biləcəkləri qida məhsullarını sadalayıb:

“Zeytun yağında hazırlanmış tərəvəz salatı,  müxtəlif meyvələr uşaqların məktəbdə dərsarası yeməsi üçün uyğundur. Bundan başqa buğda unundan bişirilən çörəyin üzərinə cem çəkib buterfrod halında uşaqların çantasına qoymaq məsləhət görülür. Qəti şəkildə  mayonezdən istifadə olunmamalıdır, çünki qidanın qaldığı temperaturdan asılı olaraq xarab ola bilər və zəhərlənməyə səbəb ola bilər. Mövsüm meyvələrindən hazırlanan kompot uşaqların orqanizmi üçün faydalıdır”.

A.Salamov bildirib ki, şagirdin  məktəb bufetindən nəsə alıb yeməsi daha məqsədəuyğundur, lakin burada da diqqət yetirilməli məqamlar var:

“İlk növbədə kartof frilərdən, qızartmalardan və trans yağda bişmiş digər məhsullardan fəst-fudlardan uzaq durmaq lazımdır. Uşaqların hələ formalaşmaqda olan orqanizmlərini məhv etmək olmaz. Buna görə də bufetdə müxtəlif qarnirlər – püre, spagetti, qarabaşaq, düyü və s. kimi sağlam qidaların olması mütləqdir. Ət, toyuq və balıq məhsullarının  tam qızardılmaması tövsiyə olunur. Məktəb bufetlərində rəngli qazlı içkilər olmamalıdır, çünki fosfor turşusu uşaqlarda sümük əriməsinə gətirib çıxarır və sümüyün inkişafının qarşısını alır. Bunun yerinə bufetlərdə müxtəlif meyvələrin kompotlarının olması məsləhətlidir ki, həm meyvə liflərilə, həm də vitamin və minerallarla zəngindir”. 

Ekspert qeyd ki, məktəb bufetlərində uşaqlara  təqdim olunan çörək çovdar və buğda ununun qarışığından hazırlanmış vitaminlərlə zəngin, tərkibində qalan rüşeym kəpək qismi ayrılmayan çörəklər olmalıdır:

“Çünki adi ağ çörəklər uşaqlarda obezite, kökəlmə, piylənmə, xroniki pankratit və müxtəlif ürək-damar problemlərinə səbəb olur. gətirib çıxardır. Dəyirmanda buğda unundan hazırlanan, kəpəyi və rüşeymi özündə qalan çovdar unundan hazırlanmış çörəyin bir dilimi belə  kifayət edir. Eyni zamanda uşaqların həzm proseslərini yaxşılaşdırmaq üçün bufetdə şorbaların verilməsi də vacibdir”.

Sevinc İbrahimzadə

Son xəbərlər
Milli Məclisin növbəti iclası iyunun 21-də keçiriləcək
Uşaq ədəbiyyatının mənəvi tərbiyədə rolu
Rusiya aviaşirkətlərinə 4 ölkənin hava məkanında uçuşlar qadağan edilib
Peskov: Rusiya İran və İsrail arasında gərginliyin kəskin artmasından narahatdır
Fridrix Merz: Almaniyadakı yəhudi qurumlarının müdafiəsi artırılacaq
Bəzi çaylarda sululuq artacaq
İsrailin İrana hücumundan sonra Avropada qazın qiyməti 4% artıb
"Traktor" "Fənərbaxça" ilə yoldaşlıq oyunu keçirəcək