Menyu

Zakir Həsənov Yaşar Gülərlə birgə Ərdoğanı TEKNOFEST-də müşayiət edib (VİDEO)

Nərmin Qocamanlı
Zakir Həsənov Yaşar Gülərlə birgə Ərdoğanı TEKNOFEST-də müşayiət edib (VİDEO)

Bu gün Türkiyə milli müdafiə naziri Yaşar Gülər ​​və Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı TEKNOFEST-də müşayiət edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də paylaşım edib. 

"Nazir Yaşar Güləri ilə birlikdə Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı Admiral Ərcüment Tatlıoğlu, Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğlu, Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu, nazir müavini Cəlal Sami Tüfekçi və Baş Qərargah rəisinin müavini general İfan Özsert də Ərdoğanı müşayiət edib. 

Nazirlər Yaşar Gülər ​​və Zakir Həsənov TEKNOFEST ərazisini gəzib, vətəndaşlarımızla söhbət edib. Hər iki nazir stendlərə baş çəkib, yerli və milli texnologiya məhsulları ilə tanış olublar", - məlumatda qeyd olunub.

Teqlər:

"Zakir H\u0259s\u0259nov Ya\u015far G\u00fcl\u0259rl\u0259 birg\u0259 \u018frdo\u011fan\u0131 TEKNOFEST-d\u0259 m\u00fc\u015fayi\u0259t edib (V\u0130DEO)"

Əlaqəli Xəbərlər