Suren Papikyan İran səfiri ilə bugünkü gərginliyi müzakirə edib
Nərmin Qocamanlı
Sentyabrın 1-də Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan İran İslam Respublikasının Ermənistan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhanini qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Ermənistan-İran əməkdaşlığı, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Həmçinin qeyd edilib ki, Suren Papikyan İran səfiri ilə bugünkü gərginliyi müzakirə edib.
Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirib. Nəticədə Azərbaycan ordusunun 3 hərbi qulluqçusu yaralanıb. Ermənistan tərəfinin isə 3 hərbi qulluqçusu məhv edilib, 1-i yaralanıb.