Menyu

Dövlət Departamenti: Münaqişənin həlli üçün Ermənistanla Azərbaycan arasında birbaşa dialoq lazımdır

Redaksiya
Dövlət Departamenti: Münaqişənin həlli üçün Ermənistanla Azərbaycan arasında birbaşa dialoq lazımdır
1 dəq oxu

Ötən gün Azərbaycanla Ermənistan arasında baş verən gərginlik nəticəsində qurbanların olması xəbərinə görə başsağlığı veririk.

"Operativ Media" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Ermənistan KİV-in sorğusuna cavabında bildirib.

"Biz bir daha bəyan edirik ki, münaqişənin həlli üçün Ermənistanla Azərbaycan arasında birbaşa dialoq lazımdır".

Miller qeyd edib ki, münaqişənin hərbi yolla həlli ola bilməz və gücdən istifadə yolverilməzdir. 

"Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunun dinc və firavan gələcəyini təşviq etməkdə sadiqdir",-deyə o bildirib.

Əlaqəli Xəbərlər