Menyu

BBC niyə seperatizmi dəstəkləyir?

BBC niyə seperatizmi dəstəkləyir?

"BBC-nin qərəzli, qeyri-obyektiv, anti-Azərbaycan reportajı birbaşa separatizmi legitimləşdirməyə xidmət edir".

Bunu ''Operativ Media''ya açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib. 

Yeganə Hacıyevanın sözlərinə görə, dünya media tarixinin inkişafında xüsusi rolu olmuş BBC bu gün üçün Qərb dünyasında domino effekti verəcək proseslərdə yer alır.

''Qarabağda separatizmin təbliğ edilməsi həm də Avropadakı, Kataloniyadakı, Fransadakı seperatizmə dəstəkdir. Avropada 13-14 separatizm ocağı var ki, Avropa Birliyinin bütövlüyünə təhdiddir. Həmçinin Qərb dünyası adlandırdığımız dünyanın nizamına təhlükədir. Kriminal quruluşlu, hərbi xuntanı yeni bir təsisat, müstəqil dövlət kimi təqdim etmək separatizmi Avropa media müstəvisində, insanın düşüncəsində legitimləşdirmək cəhdidir''

Politoloqun sözlərinə görə, BBC ölkə daxilində də erməni yalanlarını tirajlayır, cəmiyyətimizi birləşdirən dəyərlərin "sındırılması" istiqamətində təbliğat aparır:

''Qarabağda baş verən prosesləri rəsmi İrəvanın tezisləri əsasında şərh etməsi azmış kimi üstəlik bunu media ifadə azadlığı kimi qələmə verməyə çalışır. Azad mediada tərəflərin hər birinin ifadə haqqı var. BBC isə ancaq erməni yalanlarını, Xankəndidə aclıq şousunu işıqlandırır, bunu reallıq kimi təqdim edir''.

Teqlər:

"BBC niy\u0259 seperatizmi d\u0259st\u0259kl\u0259yir?"

Əlaqəli Xəbərlər