14 Noyabr 2022, 19:15
100 Kanada vətəndaşının Rusiyaya girişi qadağan edilib
100 Kanada vətəndaşının Rusiyaya girişi qadağan edilib şəkil
100 Kanada vətəndaşının Rusiyaya girişi qadağan edilib

Rusiya Kanadanın daha 100 vətəndaşına sanksiya tətbiq edib.

"Operativ Media" xəbər verir ki, 100 Kanada vətəndaşının Rusiya Federasiyası ərazisinə girişi qadağan olunub.

Bildirilib ki, Baş nazir Justin Trüdo rejimi tərəfindən Rusiya rəhbərliyinə, siyasətçilərə və parlamentarilərə, işgüzar dairələrin nümayəndələrinə, ekspertlərə və jurnalistlərə, mədəniyyət xadimlərinə, habelə Kanadanın rusofob hakimiyyət orqanlarının hesab etdiyi hər kəsə qarşı davam edən sanksiya praktikasına cavab olaraq Rusiyaya giriş 100 Kanada vətəndaşı üçün qarşılıqlılıq əsasında bağlanır.

Onların arasında aqressiv anti-Rusiya kursunun formalaşmasında bilavasitə iştirak edən yüksək vəzifəli məmurlar, biznesmenlər, çoxsaylı banderist təşkilatların fəalları, media və maliyyə strukturları var.

Rusiya XİN “stop siyahısı”na düşən Kanada vətəndaşlarının siyahısını da dərc edib.

Son xəbərlər
Ölkə ərazisində quraşdırılan enerjidoldurma məntəqələrinin sayı açıqlanıb
“Azərişığ”ın işğaldan azad edilmiş ərazilərdə abonentlərinin sayı açıqlanıb
Qeyri-sabit hava şəraiti fevralın 10-a kimi davam edəcək
Elm və Təhsil Nazirliyində yeni təyinat olub
Albaniya Prezidenti Azərbaycana səfər edəcək
Sabunçuda ev yanıb
AFFA bəzi liqaların oyunlarını təxirə saldı - SƏBƏB
Buraxılış imtahanlarının keçirilmə qrafiki açıqlanıb