http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Ceyhun Bayramov Oliver Varhelyi ilə görüşüb

05 Sentyabr 2023 , 12:50
Ceyhun Bayramov Oliver Varhelyi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində Budapeştdə Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və Aİ arasında münasibətlər, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.

C.Bayramov Azərbaycan Aİ arasında çoxşaxəli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edərək, bu xüsusda bir sıra, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi və s. sahələrdə münasibətlərin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Azərbaycan və Aİ arasında imzalanması nəzərdə tutulan yeni hərtərəfli saziş layihəsinin əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində mühüm rol oynaya biləcəyi diqqətə çatdırılıb.

Özündə enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyəti, habelə alternativ enerji resurslarının inkişaf etdirilməsini nəzərdə tutan Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun bu sahədə əməkdaşlıqda əhəmiyyəti vurğulanıb.

Bağlantılar sahəsində Azərbaycanın Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslərdən bəhs edən nazir Ceyhun Bayramov, bu xüsusda bölgədə bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının prosesə əhəmiyyətli töhfə ola biləcəyini qeyd edib.

Nazir, həmçinin post-münaqişə mərhələsində bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması, bölgədə yaşayan erməni əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, habelə Ermənistanın sülh prosesinə xələl gətirən təxribatları haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH

Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH

Elnur Məmmədov Qəzza təmas qrupunun iclasına qatılıb

Elnur Məmmədov Qəzza təmas qrupunun iclasına qatılıb

Ceyhun Bayramov mərakeşli həmkarı ilə görüşüb

Ceyhun Bayramov mərakeşli həmkarı ilə görüşüb

XƏBƏR LENTİ
  • 13:23

    “Argus” MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermədiyi üçün cərimələnib
  • 13:19

    Lukaşenko: Belarus öz istehsalı olan mobil telefon yaradacaq
  • 13:14

    Zərdabda silah-sursat tapılıb
  • 13:10

    İsraillə gərginlikdən sonra Livanın cənubunda 90 mindən çox insan evlərini tərk edib
  • 12:59

    Qətər Qəzza əhalisinə humanitar yardım üçün əlavə 100 milyon dollar ayıracaq
  • 12:42

    DİM növbəti buraxılış imtahanlarının proqramları dərc edib
  • 12:35

    Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH
    Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH
  • 12:28

    Fergus Auld Anım Günü ilə bağlı paylaşım edib
Menyu