14 Noyabr 2022, 20:22
Almaniyanın səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Almaniyanın səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb şəkil
Almaniyanın səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Almaniyanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Operativ Media" xəbər verir ki, Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktoru bu görüşdə Almaniya kanslerinin məsuliyyətsiz bəyanatlarını pisləməklə yanaşı, Almaniyanın İranın daxili işləri ilə bağlı destruktiv yanaşmalarına sərt etirazını səfirə çatdırıb.

İran Xarici İşlər Nazirliyinin rəsmisi bu cür qeyri-konstruktiv bəyanatların və hərəkətlərin davam etdirilməsinin iki ölkə arasında münasibətlərin gələcəyi ilə bağlı təsirlərinə görə Almaniya tərəfinin məsuliyyət daşıdığını bildirib.

Almaniya səfiri cavabında bildirib ki, İran İslam Respublikasının mesajını ən qısa zamanda öz hökumətinə çatdıracaq.

Bu görüşdə İran İslam Respublikasının rəsmi etiraz notası da Almaniya səfirinə çatdırılıb.

Xatırladaq ki, səfiri Hans Edo Motselin İran XİN-ə çağırılması Almaniya kanslerinin İran İslam Respublikasına qarşı bəyanatlarından sonra baş verib.

Son xəbərlər
Azərbaycan millisinin (U-21) oyunlarının təqvimi müəyyənləşdi
İpoteka kreditlərinə müraciətlərin rəsmi sayı açıqlanıb
İstanbulda saxta içkidən ölənlərin sayı 70-ə çatıb
İsrail nümayəndə heyəti girovlarla bağlı danışıqlar üçün Qətərə gedəcək
Ölkə ərazisində quraşdırılan enerjidoldurma məntəqələrinin sayı açıqlanıb
“Azərişığ”ın işğaldan azad edilmiş ərazilərdə abonentlərinin sayı açıqlanıb
Qeyri-sabit hava şəraiti fevralın 10-a kimi davam edəcək
Elm və Təhsil Nazirliyində yeni təyinat olub