Menyu

Vladimir Zelenski: "Biz sülhə hazırıq, amma bütün ölkəmiz üçün"

Vladimir Zelenski: "Biz sülhə hazırıq, amma bütün ölkəmiz üçün"

Ukraynanı başqa ölkələrin ərazisi maraqlandırmır, sadəcə bizim ərazilərimizin işğaldan azad edilməsi vacibdir.

"Operativ Media" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Biz ölkəmizin müvəqqəti işğal olunmuş bütün ərazilərinə addım-addım irəliləyirik. Əlbəttə, çətindir, uzun və çətin yoldur. Biz irəliləyirik. Biz sülhə hazırıq, amma bütün ölkəmiz üçün. Bu, bütün dövlətimizin ərazisidir. Biz beynəlxalq hüquqa və hər bir dövlətin suverenliyinə hörmət edirik və indi dövlətimizin suverenliyindən danışırıq. Ona görə də biz Rusiyanın təcavüzünə qarşı mübarizə aparırıq”, - Zelenski söyləyib.

Zelenski vurğulayıb ki, Ukrayna dünya ictimaiyyətini çaşdırmağa çalışan Rusiyanın bəyanatlarına inanmır və işğal edilən əraziləri azad etməyə davam edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər