Menyu

Slovakiya Milli Şurasının sədri Şəhidlər xiyabanını ziyarət edib

Nərmin Qocamanlı
Slovakiya Milli Şurasının sədri Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda işgüzar səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 5-də Şəhidlər xiyabanını ziyarət edib.

"Operativ Media" xəbər verir ki, Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Teqlər:

"Slovakiya Milli \u015euras\u0131n\u0131n s\u0259dri \u015e\u0259hidl\u0259r xiyaban\u0131n\u0131 ziyar\u0259t edib"

Əlaqəli Xəbərlər