http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

İƏT işğaldan azad edilmiş ərazilərlə bağlı hesabat hazırlayacaq

05 Sentyabr 2023 , 19:49
İƏT işğaldan azad edilmiş ərazilərlə bağlı hesabat hazırlayacaq

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) Azərbaycanın azad edilmiş əraziləri ilə bağlı hesabat hazırlayacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovun ölkədə səfərdə olan İƏT nümayəndə heyəti ilə görüşü zamanı bildirilib.

S.Poladov ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, həmin problemin insan həyatına qarşı törətdiyi ciddi təhdid, ərazilərin bərpa və yenidənqurulması işlərinə yaratdığı maneələr, eləcə də mina təhlükəsi ilə mübarizə istiqamətində icra edilən fəaliyyət barədə qarşı tərəfə məlumat verib.

Nümayəndə heyəti Gəncə şəhərinə səfərləri zamanı Vətən müharibəsi dövründə düşmən tərəfindən raket hücumlarına məruz qalmış yaşayış ərazisinə baş çəkdiklərini, gördüklərindən dəhşətə gəldiklərini ifadə ediblər. Habelə səfər çərçivəsində Ağdam və Füzuli rayonlarında dini, mədəni və tarixi abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması, əsasən mülki təyinatlı ərazilərin minalarla ciddi şəkildə çirkləndirilməsinin şahidi olduqlarını bildiriblər.

Onlar, həmçinin işğaldan azad edilmiş ərazilərdə əldə etdikləri faktlara dair müvafiq hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsi niyyətində olduqlarını qeyd ediblər.

OXŞAR XƏBƏRLƏR
Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH

Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH

Elnur Məmmədov Qəzza təmas qrupunun iclasına qatılıb

Elnur Məmmədov Qəzza təmas qrupunun iclasına qatılıb

Ceyhun Bayramov mərakeşli həmkarı ilə görüşüb

Ceyhun Bayramov mərakeşli həmkarı ilə görüşüb

XƏBƏR LENTİ
  • 15:14

    "Tottenhem"in hücumçusu: "Komanda ruhu göstərdik"
  • 15:00

    27 sentyabr Azərbaycanın qalib xalq kimi özünü bütün dünyaya tanıtdığı gündür - Millət vəkili
  • 14:56

    Ötən gün polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlanıb
  • 14:50

    Xəzər TV-nin yaxınlığında baş vermiş güclü yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB 6
    Xəzər TV-nin yaxınlığında baş vermiş güclü yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB 6
  • 14:43

    XRİTDX-nin şəxsi heyəti 27 sentyabr - Anım Günü ilə əlaqədar İkinci Şəhidlər Xiyabanını ziyarət edib
  • 14:39

    Baş Prokurorluğun rəhbər heyəti Zəfər Parkında olub
  • 14:26

    Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib
  • 14:22

    ADY-də şəhidlərin xatirəsi yad edilib
Menyu