Menyu

"Ola bilər ki, Makron Laçın sərhəd keçid məntəqəsinin yaxınlığına gəlsin"

Redaksiya
"Ola bilər ki, Makron Laçın sərhəd keçid məntəqəsinin yaxınlığına gəlsin"

Fransa prezidenti Emanuel Makronun sentyabrın 10-da İrəvana səfər edəcəyi iddia edilir.

"Operativ Media" xəbər verir ki, "Mən Ermənistanı Nikol Paşinyandan çox müdafiə edirəm və istənilən qədər Azərbaycana təzyiq göstərəcəyəm" deyən Makron uzun müddət əvvəl Paşinyandan daha çox erməni olduğunu göstərmişdi. Artıq Azərbaycan ictimaiyyəti Makronun Ermənistana nəyə görə səfər edəcəyini bilir.

Siyasi şərhçi Orxan Amaşov deyir ki, Makron işğalçı və separatçı Ermənistana dəstək vermək və Cənubi Qafqazdakı proseslərdə Fransanın da var olduğunu göstərmək üçün İrəvana səfərə gəlir.

"Makronun bu səfəri Ermənistanın tərəfində olduğunu göstərmək üçün bir vasitədir. O özü də öz bəyanatlarında qeyd edib ki, o Paşinyandan daha çox Ermənistanın maraqlarını müdafiə edir. Ola bilsin Fransa dövlət başçısı Laçın sərhəd buraxılış məntəqəsinin Ermənistan tərəfində olan hissəsinə gəlsin və göstərsin ki, Azərbaycan humanitar yükləri buraxmır".

Siyasi şərhçi deyir ki, Fransa Brüssel masasından kənarda qaldığı kimi, Cənubi Qafqazdakı proseslərdən də kənarda qalacaq və Azərbaycan-Ermənistan arasındakı məsələlərə təsir edə bilməyəcək. 

"Makronun Ermənistana səfərinin hansı məqsəd daşımasından asılı olmayaraq Azərbaycan bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdlərini davam etdirəcək".

Teqlər:

"\"Ola bil\u0259r ki Makron La\u00e7\u0131n s\u0259rh\u0259d ke\u00e7id m\u0259nt\u0259q\u0259sinin yax\u0131nl\u0131\u011f\u0131na g\u0259lsin\""

Əlaqəli Xəbərlər