http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Ceyhun Bayramov Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri ilə görüşüb

06 Sentyabr 2023 , 15:40
Ceyhun Bayramov Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Davor Filipoviç ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, elecə də enerji, informasiya texnologiyaları, turizm, əczaçılıq, minatəmizləmə və digər sahələr üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdığı məmnunluqla vurğulanaraq qeyd olunan sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın şaxələndirilməsi və gücləndirilməsi üçün geniş perspektivlərin olduğu, bu istiqamətdə iki ölkə arasında təmasların artırılmasının vacibliyi diqqətə çatdırılıb.

İqtisadi Əməkdaşlığın Təşviqi üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin, o cümlədən hər iki ölkədə qarşılıqlı investisiya imkanlarının öyrənilməsi və inkişaf etdirilməsi, perspektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişlənməsi məqsədilə müvafiq nazirliklərin nümayəndələrinin işgüzar səfərlərinin təşkilinin əhəmiyyətini vurğulanıb. Xorvat iş adamları ölkəmizdə yaradılmış əlverişli biznes və  investisiya mühitindən yararlanmağa, Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət olunub, Ələt Azad İqtisadi Zonanın bu istiqamətdə əhəmiyyəti diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın Orta Dəhlizin potensialının genişləndirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər barədə qarşı tərəfi məlumatlandıraraq Xorvatiyanın tranzit operatorları və logistika şirkətləri üçün Orta Dəhlizin təqdim etdiyi fürsətlərdən yararlanmaq üçün çoxsaylı əlverişli imkanlardan bəhs edib.

Görüşdə tərəflər, həmçinin post-münaqişə dövründə xorvat şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində reallaşdırılan layihələr üzrə əməkdaşlıq istiqamətləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

IMG-20230906-WA0034.jpg

IMG-20230906-WA0035.jpg

IMG-20230906-WA0033.jpg

OXŞAR XƏBƏRLƏR
Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH

Bir milyondan artıq insan üçün Vətən müharibəsi həm də haqqın, ədalətin bərpası demək idi - ŞƏRH

Elnur Məmmədov Qəzza təmas qrupunun iclasına qatılıb

Elnur Məmmədov Qəzza təmas qrupunun iclasına qatılıb

Ceyhun Bayramov mərakeşli həmkarı ilə görüşüb

Ceyhun Bayramov mərakeşli həmkarı ilə görüşüb

XƏBƏR LENTİ
  • 15:20

    Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin və şəhidlərimizin məzarlarını ziyarət edib - VİDEO
  • 15:14

    "Tottenhem"in hücumçusu: "Komanda ruhu göstərdik"
  • 15:00

    27 sentyabr Azərbaycanın qalib xalq kimi özünü bütün dünyaya tanıtdığı gündür - Millət vəkili
  • 14:56

    Ötən gün polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlanıb
  • 14:50

    Xəzər TV-nin yaxınlığında baş vermiş güclü yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB 6
    Xəzər TV-nin yaxınlığında baş vermiş güclü yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB 6
  • 14:43

    XRİTDX-nin şəxsi heyəti 27 sentyabr - Anım Günü ilə əlaqədar İkinci Şəhidlər Xiyabanını ziyarət edib
  • 14:39

    Baş Prokurorluğun rəhbər heyəti Zəfər Parkında olub
  • 14:26

    Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib
Menyu