Ermənistan niyə öz ərazisini poliqona çevirmək istəyir?
Redaksiya
Ermənistan regiona Aİ missiyası gətirdi, indi isə ABŞ hərbçisi gətirir. Ermənistanın İran, Rusiya, Fransa və Amerika arasında qalan siyasətinin gələcəkdə hansı nəticələri olacağı sual altındadır.
"Operativ Media"ya açıqlama verən beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyir ki, baş verənləri Ermənistan belə əsaslandırır ki, bölgəyə Qərbin gəlməsi Azərbaycan və Rusiya amilinə görədir.
"İran da düşünür ki, Rusiya zəifləyəcək və qarşıda Ermənistan məsələsinə görə Türk dünyası ilə İran tək qalır. Bu baxımdan da Türk dünyasının potensialı daha çoxdur. Ona görə o Türk dünyasının bir rəqibi kimi Qərbin bölgədə olmasının reallığını qəbul edir. Heç şübhə yoxdur ki, İran həm də Ermənistan ərazisində artıq mövcuddur. Çünki bilirsiniz ki, Ermənistanın cənubunda İran öz konsulluğunu açdı. Yəni defakto öz varlığını Ermənistan ərazisində təyin etmiş oldu. Bu baxımdan da maraqlarını da təmin etmiş oldu".