http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

İtkin düşənlərin qohumlarından bioloji materialın götürülməsi qaydası müəyyənləşib

06 Sentyabr 2023 , 19:39
İtkin düşənlərin qohumlarından bioloji materialın götürülməsi qaydası müəyyənləşib

Hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşənlərin qohumlarından və naməlum meyitlərdən bioloji materialın götürülməsi qaydası müəyyənləşib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası”nda dəyişiklik edib.

Dəyişiklik məcburi dövlət genom qeydiyyatından keçirilən şəxslərdən bioloji materialın götürülməsi qaydası ilə bağlıdır.

Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ər-arvaddan) bioloji material məhkəmə, əməliyyat-axtarış fəaliyyətini, təhqiqat və ya istintaqı həyata keçirən orqanların qərarına əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra – DTX) əməkdaşı tərəfindən götürüləcək.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində aşkar edilmiş naməlum meyitlərin müayinəsi zamanı da həmin meyitlərdən bioloji material qismində qan, tük, dırnaq, diş, sümük və ya orqanizmin digər ifrazatlarından və ya toxumalarından biri və ya bir neçəsi DTX-nin əməkdaşı tərəfindən götürüləcək.

Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ər-arvaddan) və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərdən müvafiq qaydada götürülmüş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün DTX-nin Hərbi-tibb baş idarəsinə göndəriləcək.

OXŞAR XƏBƏRLƏR
Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Azərbaycan XİN Türkmənistanı təbrik edib

Azərbaycan XİN Türkmənistanı təbrik edib

Davitaşvili : Gürcüstan hakimiyyəti qonşu ölkələrlə dost münasibətlər qurmağa çalışır

Davitaşvili : Gürcüstan hakimiyyəti qonşu ölkələrlə dost münasibətlər qurmağa çalışır

XƏBƏR LENTİ
  • 17:16

    Məhkəmə xarici şirkətin Azərbaycandakı filialı ilə bağlı cərimə qərarını açıqlayıb
  • 17:02

    MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq
  • 16:40

    "Aztelekom” genişzolaqlı internet tarifləri ilə bağlı əsas suallara aydınlıq gətirib
  • 16:30

    Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb
  • 16:27

    Azərbaycan XİN Türkmənistanı təbrik edib
  • 16:15

    Davitaşvili : Gürcüstan hakimiyyəti qonşu ölkələrlə dost münasibətlər qurmağa çalışır
  • 16:05

    Bakıda boya sexində baş verən yanğın tam söndürülüb - YENİLƏNİB 7
    Bakıda boya sexində baş verən yanğın tam söndürülüb  - YENİLƏNİB 7
  • 16:03

    Baş prokuror Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ilə görüşüb
Menyu